Foto 20:32 20.10.2018

Neymardan "Barselona" açıqlaması: geri qayıdır? (FOTO)

PSJ-nin braziliyalı ulduzu Neymar "Barselona"ya qayıdacağı ilə bağlı xəbərlərə münasibət bildirib.

Qaynarinfo xəbər verir ki, braziliyalı futbolçu bu barədə şəxsi "Instagram" hesabından açıqlama verib.

Jurnal təsvirlərini paylaşan Neymar KİV-in məlumatlarını "saxta xəbərlər" (fake news) adlandırıb.  
 
Qeyd edək ki, Neymar 2017-ci ilin yayında "Barselona"dan 222 milyon avroya PSJ-yə transfer olunub.