Foto 14:18 26.01.2022

Neymarın anasıyla özündən 28 yaş kiçik sevgilisi arasında dava düşdü

PSJ-nin braziliyalı ulduzu Neymarın 54 yaşlı anası Nadine Qonçalves və onun sevgilisi 26 yaşlı sabiq futbolçu Tyaqo Ramos arasında dava düşüb.

Qaynarinfo xəbər verir ki, Nadine sevgilisi tərəfindən zorakılığa məruz qaldığını əsas gətirərək yaşadığı evi tərk edib. San Paulo əyalətində kirayə qaldıqları evdə şiddətli dava diqqətdən yayınmayıb. Qonşuların verdiyi məlumata görə, evdən qışqırıq, şüşənin qırılması və qadının ağlaması səsləri eşidilib.

Bir çox qalmaqallar yaşayan cütlüyün son davasından sonra münasibətlərin tamamilə pozulduğu bildirilib. Davanın böyüməsinə səbəb Neymarın anasının özündən 28 yaş kiçik sevgilisini məhkəməyə verməyi planlaşdırması olub.

Bu cütlüyün ilk belə davası deyil. 2020-ci ildə də aralarında yaranan qalmaqaldan sonra stəkanı yumruqlayan Ramos xəstəxanalıq olmuş və qoluna 12 tikiş vurulmuşdu.

Bundan əlavə Ramosun 2020-ci ildə Meksikada bıçaqlandığı xəbəri də yayılmışdı. Daha doğrusu sabiq futbolçu özü bununla bağlı paylaşdığı videoda, restoranların birində bıçaqlandığını açıqlamışdı.

Səbuhi Həsənov