Foto 22:55 31.05.2019

Nigar 45 min manata klip çəkdirib (FOTO/VİDEO)

Ötən gün "Eurovision – 2011” mahnı müsabiqəsinin qalibi Nigar Camal yeni layihəsini təqdim edib. 

Bir neçə ay bundan əvvəl "Get həyatımdan” adlı klipinin premyerasını edən müğənni bu dəfə ritmik mahnısını ekranlaşdırmaq qərarına gəlib.  

Sənətçi "Я в твоём плену” ("Mən sənin əsirliyindəyəm”) mahnısının klipini Ukraynadan olan heyətə çəkdirib. Layihənin rejissoru Aleks Lamakhdır və Nigar bu klip üçün 45 min AZN pul xərcləyib. Mahnının sözləri Fərid Pənahova, musiqisi Flaminque Recordsa məxsusdur.

Klipdə müğənni bir-birindən fərqli 5 obrazda kamera qarşısına keçib. N. Camalın stili üzərində Jenya Kiriyenko çalışıb, xoreoqrafiyanın müəllifi isə Ann Azarovadır.  

Nigar təqdimat mərasimində çəkilişlər zamanı çətinliklə üzləşdiyini bildirib: "Çəkilişlər bir gün ərzində başa çatdı. Bəxtimdən hava soyuq idi, xeyli üşüdüm. Çünki suda olduğum səhnələr var idi. Bundan başqa bədənimin rəngli olduğu səhnələrdə də xeyli əziyyət çəkdik. Çünki boyalar çətin silinirdi”. (baku.ws)