Bakı Bələdiyyə Teatrı və "Bakılı oğlanlar planeti"nin aktrisası Nigar Babayeva bundan sonra açıq-saçıq filmlərə çəkilməyəcəyini deyib.
Yenicag.az-a açıqlama verən aktrisa hətta yüksək məbləğdə qonorar versələr də belə, bu təklifləri dəyərləndirməyəcəyini bildirib:
"Əslində, peşəkar aktrisa açıq-saçıq obrazları da canlandırmalıdır. Amma Azərbaycanda erotik filmlərə çəkilmək mümkün deyil, çünki mentalitet buna icazə vermir. Erotik rol bir yana qalsın, bir az açıq-saçıq fotolar paylaşırsan, altından min cür söyüş, təhqir yazırlar. Buna görə də məcbur qalıb, Azərbaycandan kənarda belə rollara çəkilənlər olur".
Açıq-saçıq obrazların müqabilində yüksək qonorar təklif etsələr necə, razılaşarsınızmı?
N. Babayevanın cavabı belə olub: "20-30 min manat qonorar versələr də erotik filmlərə çəkilmərəm. Həm də nişanlıyam axı. Əslində, nişanlım buna görə məni dilemma qarşısında qoymayıb, sadəcə özüm istəmirəm"
Şərhlər