Dünya 18:35 03.02.2019

Nigeriyada silahlı hücum

Nigeriyanın Zamfara əyalətinin Qusau bölgəsinə silahlı hücum təşkil edilib.

Qaynarinfo xəbər verir ki, qeyri-müəyyən şəxslər tərəfindən təşkil edilən hücum 9 nəfərin ölümü ilə nəticələnib, çox sayda yaralı var. 

Qeyd edək ki, ərazidə kəndlilər arasında tez-tez qarşıdurmalar yaşanır və heyvan oğurluqları baş verir.

Gülşən