İdman 16:30 05.09.2018

"Nike"dan uğursuz reklam kampaniyası: gəlirləri 3 milyard dollar azaldı

"Nike" şirkəti ABŞ himnini oxumayan Amerkan futbolu oyunçusu Kolin Kaperniki reklam siması seçdiyi üçün gəlirləri 3 milyard dollar aşağı düşüb, səhmlərinin dəyəri isə 4 dəfə azalıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, "Twitter"də "Nike" əleyhinə kampaniyalar başlayıb. Kampaniya çərçivəsində istifadəçilər "Nike" idman ayaqqabılarını tandıraraq, buna etiraz ediblər.

"Nike"dan Kapernikə sponsorluq edilməsi ilə bağlı verilən açıqlamada isə ABŞ-dakı sosial ədalətsizlik məsələsinə toxunublar.

"Kolin və başqa atletlərin də vurğuladıqları sosial ədalətsizlik diqqətimizi çəkdi və bizi hərəkətə keçirdi. Cəmiyyətdə müsbə dəyişikliklər gətirəcək prosesləri dəstəkləyirik", - açıqlamada qeyd olunub.

Qeyd edək ki, "Nike"ın sosial ədalətsizliyə toxunduğu yeni reklam layihəsində Kaperniklə yanaşı LeBron Ceyms, Odell Bekhem Jr. və Serena Uilyams kimi şəxslər də iştirak edir.