Video 10:30 28.10.2019

Nikolas Maduro xanımı ilə Bakı bulvarında (VİDEO)

Venesuela prezidenti Nikolas Maduro xanımı ilə birgə Bakıda Dənizkənarı Milli Parkda olublar.

Qaynarinfo xəbər verir ki, bu barədə prezidentin "Twitter" səhifəsinə video yerləşdirilib. 

"Sammit uğurla keçdi və Venesuelaya qayıdaraq yeni qələbələr uğrunda çalışmağa hazıram",-deyə Maduro bildirib.

Qeyd edək ki, Nikolas Maduro oktyabrın 24-də Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Bakıya gəlmişdi.