Sənət 14:57 19.01.2017

Nizami Kino Mərkəzində sənədli fılmlər nümayiş olunacaq - 20 Yanvar günü

Nizami Kino Mərkəzində 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycanın Milli Qəhrəmanları haqqında çəkilmiş sənədli fılmlər nümayiş olunur .

Nizami Kino Mərkəzində 20 Yanvar faciəsinin iyirimi yeddinci  ildönümü ilə bağlı  Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə  Azərbaycanın Milli Qəhrəmanları haqqında çəkilmiş sənədli filmlərin  nümayişi keçirilir. 

Yanvarın 16 –da Milli Qəhrəmanlar Əlyar Əliyev haqqında rejissor Nizami Abbasın  və Milli Qəhrəman Aqil Məmmədov  haqqında rejissor Qurban Səlimovun   “Məmmədov Aqil”, yanvarın 17-də   Milli qəhrəman Ələsgər Novruzov haqqında rejissor Ramiz Hüseynovun “Qəhrəmanlığa gedən yol” və Milli qəhrəman Şahlar Hüseynov haqqında rejissor Günel Aqifin  “Oğul dərdi” adlı sənədli filmlər Bakı Ali Neft Məktəbinin tələbələrinə təqdim olunub.   

Filmlərin nümayişdən qabaq və sonra, tədbirdə iştirak edən filmlərin rejissorları və Milli Qəhrəmanların ailə üzvləri, sənədli lentlərin çəkilişi haqda danışıb, ailə üzvləri qəhrəmanlar haqda xatirələrini tamaşaçılarla  bölüşüblər.  Bu mövzuda  olan filmlərin gənc nəslə örnək olduğunu və onların  vətənpərvərlik ruhunda yetişmələrində böyük rol oynadığını qeyd ediblər.

Bakı Ali Neft məktəbinin Tələbələrlə iş şöbəsinin rəisi  Həbibə Zakir filmərin  tələbələr tərəfindən   bəyənildiyini   və nəzərdə tutulan digər filmlərin nümayişinə qatılacaqlarını bildirib.

Xatırladaq ki, Nizami Kino Mərkəzində sənədli filmlərin   növbəti nümayişi yanvarın 19-da  keçiriləcək.  

Qaynarinfo.Az