Sənət 19:55 10.10.2014

Nobel mükafatçısının əsərləri azərbaycanca

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi 2014-cü ildə “Nobel” mükafatına layiq görülən Patrik Modianonun əsərlərini Azərbaycan dilində çap etdirəcək.

Mərkəzin mətbuat və nəşr məsələləri üzrə müşaviri Fərid Hüseynin APA-ya verdiyi məlumata görə, kitabın yaxın aylarda nəşri planlaşdırılır.

Tərcümə Mərkəzinin sifarişi ilə artıq bir neçə peşəkar tərcüməçi P.Modianonun əsərlərinin tərcüməsinə başlayıb.

Qeyd edək ki, bu nəşr yazıçının Azərbaycan dilində ilk iri həcmli kitabı olacaq.


Qaynar.info