Ölkə 12:50 22.02.2019

Nobel prospekti gələn il yenidən qurulacaq

Bakının Nobel prospektinin gələn il yenidən qurulması planlaşdırılır.

Qaynarinfo report-a istinadən xəbər verir ki, bunu jurnalsitlərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, bununla bağlı konkret plan var: "Nobel prospektinin yenidən təmir olunması və burada əvvəlcədən nəzərə alınmayan intensivliyin aradan qaldırılması planda nəzərə alınacaq”.