Foto 11:15 07.09.2018

"Nokia 9" necə olacaq? (FOTO)

"Nokia 9" modelinə aid olduğu iddia edilən yeni fotoda telefonun qeyri-adi kamera xüsusiyyətlərinə sahib olduğu görünür.

Qaynarinfo xəbər verir ki, China today-də dərc edilən informasiyada telefonun arxa hissəsində 5 ədəd kamera olduğu görünür. Ümumilikdə 7 ədəd oyuq var. Digərləri "LED flash" və "IR" fokuslama sistemidir.

Qeyd edək ki, məlumatlar hələ öz təsdiqini tapmayıb. Ötən dövrlərdə yayılan informasiyalarda bu xüsusiyyətlərin "Nokia 10" modelinə aid olduğu iddia edilmişdi.

Gülşən