Dünya 20:51 10.03.2020

Norveçin Müdafiə naziri karantinə alındı

Norveçin Müdafiə naziri Frank Bakke-Yensen koronavirus şübhəsilə karantinə alınıb.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu səbəbdən nazirin bütün səfər və görüşləri təxirə salınıb.

Ona hələlik koronavirus diaqnozu qoyulmayıb, yaxın günlərdə analizlərin nəticələrinin açıqlanacağı bildirilib. Hazırda Müdafiə naziri həkim nəzarətindədir.