Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Novella Cəfəroğlunun ürəyində problem yaranıb.
N.Cəfəroğlu "Report”a açıqlamasında deyib ki, İsraildə olarkən həkimi müayinəsindən keçib.
Hüquq müdafiəçisi bildirib ki, həkimlər ürəyində problem olduğunu deyiblər: "Azərbaycana qayıtdım, özəl klinikaların birində ürəyimi anju etdirdim. Həkim ürəyimə stent qoyulmasına ehtiyac olmadığını dedi. Hazırda müalicəmi davam etdirirəm. Altı il bundan öncə də ürəyimi anju etdirmişdim. Hazırda özümü yaxşı hiss edirəm, səhhətimdə irəliləyiş var”.
Şərhlər