Video 23:18 01.03.2019

Novruz bazarlığı etmək istəyənlərin nəzərinə! (VİDEO)

Bakıda metrostansiyaların çıxışında novruz çadırları qurulub. Bu çadırlarda bayramlıq müxtəlif növ məhsullar satışa çıxarılıb. Bəs görəsən məhsulların qiyməti bazarla müqayisədə necədir?

Bayramlıq hər nə desən burada satılır. Qoz-fındıqdan tutmuş,digər çərəzlərə kimi hər bir məhsulu almaq mümkündür.

Artıq Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Paytaxtın bir neçə rayonunda Novruz bayramı ilə əlaqədar bayram çadırları qurulub. Yarmarka əsasən insanların sıx olduğu yerlərdə, metronun "Gənclik", "Nəriman Nərimanov", "Xalqlar Dostluğu", Qara Qarayev,"Neftçilər" və "İnşaatçılar"stansiyalarının çıxışına yaxın hissələrdə qurulub.

Bəs görəsən bayram çadırlarında satışa çıraxılan məhsulların qiyməti ilə bazarlar arasında fərqə gəldikdə isə buradaqoz ləpəsinin bir kiloqramı 12-20, fındıq ləpəsi 13-20, qabıqlı qoz 5-8, qabıqlı fındıq isə 5-7 manat arasında satılır. Bazarlarda isə qoz ləpəsinin bir kiloqramı keyfiyyətindən aslı olaraq 11-30, qabıqlı fındığın bir kiloqramı 6-8, qabıqsızın 12-16 manat arasında satılır.

Bazarda isə qara kişmişin bir kiloqramı 7-30 manat arasında, sarı kişmişin kiloqramı isə 6-25 manata təklif edilir. İnnab 3-15 manat, ərik isə 9-18 manat arasında satılır. Səməni ölçüsündən və dizayınından aslı olaraq 2-30 manatadır.

Bəzi alıcılar bayram çadırlarında satılan məhsulların bazarla müqayisədə ucuz olduğunu desələr də,bunun əksini bildirənlər də oldu.

Qeyd edək ki, bayram çadırlarının martın 25-dək fəaliyyət göstərəcəyi bildirilir.