Ölkə 09:32 12.09.2018

Novruz Məmmədovdan Ali təhsillə bağlı yeni qərar

Nazirlər Kabineti "Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edib.

Qaynarinfo xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara görə, "Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nın "Sosiologiya” bölməsinə "Sosial struktur, sosial institutlar və proseslər” ixtisasından sonra "Sosial iş” ixtisası əlavə edilib.