İdman 09:38 02.01.2019

Nurməhəmmədov və Makqreqor arasında təkrar döyüş ola bilər

Rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov və rəqibi Konor Makqreqor yenidən üz-üzə gələ bilər.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə UFC-nin rəhbəri Deyn Uayt açıqlama verib. O, bildirib ki, hər şey planlaşdırılmış şəkildə getsə, döyüş olacaq.

"2019-cu ildə də onların qarşılaşması istisna deyil", - UFC rəhbəri deyib.