Dünya 17:59 21.02.2019

Nursultan Nazarbayev hökuməti istefaya göndərdi

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkə hökumətini istefaya göndərib.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı bu qərarı hökumətin Milli Bankla birlikdə iqtisadiyyatın keyfiyyətli artımı üçün real stimul və alətlər yaratmağı bacarmadığı üçün qəbul etdiyini bildirib: "Öncəki illərdə sosial-iqtisadi vəziyyət sabit olub. Bu, əlbəttə ki, müsbət haldır. Amma indiki zəmanə üçün bu, kifayət deyil".

Nazarbayev hökumət üzvlərinin, nazirlərin, akimlərin əhali ilə necə işləməyi, onların problemlərini dinləməyi, həyata keçirilən işləri və siyasəti necə izah etməli olduqlarını bilmədiklərini vurğulayıb.