Video 11:43 08.01.2022

Nursultan Nazarbayevdən xalqa çağırış: "Birləşin" (VİDEO)

"Elbası hər kəsi Qazaxıstan Prezidenti ətrafında sıx birləşməyə çağırıb”.

Qaynarinfo xəbər verir ki, bunu ölkənin birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin mətbuat katibi Aydos Ukibay söyləyib.

"Elbası hazırda Nur-Sultandadır. Xahiş edirəm yalan və spekulyativ məlumatlar yaymayın. Elbası bir sıra məşvərətçi görüşlər keçirir və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birbaşa təmasdadır”, - o vurğulayıb.

Məlumatda bildirilib ki, Nursulatn Nazarbayev ölkəni tərk etməyib və o, hazırda paytaxt Nur-Sultandadır.