Texnologiya 13:39 15.10.2017

Nüvə partlayışına qarşı zirehli geyim hazırlanır

Rusiya əsgərlərin nüvə partlayışından mühafizəsi üçün dayanıqlı zireh üzərində işləyir.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 3-cü nəsil "Ratnik 3" zirehinin həyat dəstəyi, komanda, əlaqə, nişan, müdafiə, enerji mühafizəsi kimi xüsusiyyətləri olacaq. Mərkəzi Elmi Araşdırma İnstitutunda Hərbi Zirehlər və Həyat Dəstəyi Sistemlərinin baş dizayneri və həssas maşın mühəndisi Oleq Faustov "Ratnik 3" zirehinin nüvə partlayışının səbəb olduğu radiasiya və elektromaqnit dalğalarına dayanıqlı olduğunu deyib.

Su altında da istifadə edilə bilən zireh xüsusi başlığa sahibdir və bu hissə digital ekran kimi də istifadə edilə bilər. İstehsalçılar hərbi zirehlərin dayanıqlılığının artırılacağını, 2022-ci ilə qədər kütləsinin 30%-nin azaldılacağını və bu müddətdə kütləvi istehsala başlanılacağını qeyd ediblər.

Gülşən

Qaynarinfo.Az