Ölkə 12:59 27.04.2016

Növbəti devalvasiya nə vaxt olacaq? - Bu da tarix

Bank üzrə ekspert Əkrəm Həsənov növbəti devalvasiyanın nə zaman olacağı ilə bağlı məlumat paylaşıb.

Qaynarinfo.az xəbər verir ki, ekspert bildirir ki, manat möhkəmləndikcə devalvasiya ilə bağlı sual verənlərin sayı daha da artıb. Görünən odur ki, Mərkəzi Banka etimad heç yoxdur!

Əkrəm Həsənov bildirib ki, ötən il hər iki devalvasiya ayın 21-də olub: "Fevralda və dekabrda. Yəqin, Mərkəzi Bankın rəhbərliyi “oçko” kart oyununa aludədir. Yaxud da astrologiyaya meyllidirlər. Çünki, bir qayda olaraq, bürclər bir-birini ayın 21-də əvəzləyir.

Hər iki dəfə qərar həftə sonu qəbul edildi və növbəti həftənin bazar ertəsindən qüvvəyə mindi. Yəqin, Mərkəzi Bank bazar ertəsinin “ağır” gün olduğuna inanır.

Bu məntiqi rəhbər tutsaq, bu il ərzində devalvasiya aşağıdakı tarixlərə təsadüf edə bilər: 21 may, 21 avqust və 21 noyabr.

Özünüzdən və pulunuzdan muğayat olun!".

Qaynarinfo.az