Foto 12:27 29.12.2017

Nyu Yorkda yanğın: 12 ölü, 15 yaralı (FOTOLAR)

ABŞ-ın Nyu York şəhərində Bronks bölgəsində 5 mərtəbəli binada yanğın baş verib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Nyu York bələdiyyə sədri Bill de Blasio açıqlama verərək 12 nəfərin öldüyünü, azı 15 nəfərin yaralandığını bildirib. Dünyasını dəyişənlər arasında 1 yaşlı körpə də var.

Qeyd edək ki, yanğın 170 yanğınsöndürənin iştirakı ilə nəzarət altına alınıb.

Gülşən