İdman 12:13 29.12.2013

O, Azərbaycandan imtina etdi

"Fiorentina"nın sabiq üzvü Savio Nsereko Azərbaycandan təklif alıb. Fanat.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Lakin Nsereko ölkəmizə gəlməkdən imtina edib. Uqandalı futbolçu Qazaxıstan "Atırau" klubunun təklifini müsbət dəyərləndirib.

Qeyd edək ki, 24 yaşlı hücumçu karyerasına İtaliyanın "Breşiya" klubunda başlayıb. 2009-cu ildə "Vest Hem"də forma geyinən Savio "Fiorentina"ya transfer olunsa da, bu klubda möhkəmlənə bilməyib və 2012-ci ilədək İtaliyanın "Boloniya", "Juve Stabia", Almaniyanın "1860 Münhen", Bolqarıstanın "Çernomorets" və Rumıniyanın "Vasluy" klublarına icarəyə verilib. 2012-ci ildə Almaniyanın "Unterhakinq", bu ilin əvvəlində isə "Viktoriya" (Köln) klublarında çıxış edən futbolçu son dövrlər klubsuz qalıb.

Savio Uqandada doğulsa da, Almaniya vətəndaşlığı daşıyır. O, bu ölkənin U-19 və U-20 yığmalarının formasını geyinib.

Qaynar.info