Dünya 15:00 15.12.2018

"Obamacare" etibarsız elan edildi

ABŞ-da federal hakim sabiq prezidenti Barak Obama dövründə qəbul olunmuş "Obamacare" sağlamlıq sığortasını etibarsız elan edib.

Qaynarinfo xəbər verir ki, ABŞ prezidenti Donald Tramp qərarı "Amerika üçün möhtəşəm xəbər" adlandırıb. Hakimin çıxardığı hökm ABŞ Ali Məhkəməsində müzakirə ediləcək. 

Qeyd edək ki, "Obamacare"nin ləğvi 32 milyon amerikalını sığortasız qalmaq təhlükəsi ilə üz-üzə qoyacaq.

Gülşən