Dünya 12:11 10.12.2013

Obamanın kortejinə atəş açıldı


Nelson Mandelanın dəfn mərasimində iştirak etmək üçün CAR-a səfər edən ABŞ prezidenti Barak Obamanın kortejinin yaxınlığında atəş açılıb.

Qaynar.info
xəbər verir ki, bu barədə Frans Press agentliyinin əməkdaşı İohan Mayburq özünün Tvitter səhifəsində məlumat verib.

Məlumata görə, Obamanın korteji paytaxt Pretoriya - Yohannesburq yolunda tıxaca düşüb və həmin zaman yaxınlıqdan atəş səsləri eşidilib.

Atəş açan şəxsin kimliyi müəyyənləşdirilməyib.

Qaynar.info