Foto 21:13 01.03.2019

"Odlar Yurdu – 2018" Milli Mükafatı sahiblərinə təqdim olundu (FOTOLAR)

"Tonika Group”un təşkilatçılığı ilə 24 Fevral 2019-cu il tarixində "Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında” "Odlar Yurdu Milli Mükafatı – 2018″in qala gecəsi təşkil olunub.

Qaynarinfo xəbər verir ki,tədbirdə, 2018-ci ilin yekun nəticələrinə uyğun olaraq, mükafatlandırma mərasimi baş tutub.

Qala gecəsində millət vəkilləri, Nazirlik əməkdaşları , Mədəniyyət və İncəsənət xadimləri, Kütləvi İnformasiya Vasitələri nümayəndələri mükafatlandırılıb

Mükafat, təşkilat komitəsinin araşdırmaları ilə sosial şəbəkələrdə və ümumi illik göstəricilərinə əsasən şəxsi iş fəaliyyətində fərqlənən nominantlara təqdim olunub.

"Tonika Group”un təsisçi-direktoru Nicat Həsənzadə "production"ın illik fəaliyyət planı barədə məlumat verib.

O qeyd  edib ki, "Odlar Yurdu Milli Mükafatlandırması” artıq 3-cü dəfədir təşkil olunur.  Hər olduğu kimi ilin yekun nəticələrinə əsasən, növbəti ilin ilk aylarında da təşkil olunacaq.