Ölkə 12:03 23.02.2019

“Odlar Yurdu” Milli Mükafatına layiq görülən nominantlar açıqlandı

Millət vəkilləri, nazirliklər, icra hakimiyyəti, KİV nümayəndələri və s. "Odlar Yurdu” Milli Mükafatına layiq görüləcək.

Təşkilat komitəsindən Qaynarinfo-ya verilən məlumata görə "Tonika Qrup"un və Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyasının" birgə təşkilatçılığı ilə keçirilən "Odlar Yurdu” Milli Mukafatının nominatları sosial şəbəkələr və "Turizm Xəbərləri” qəzetinin sorğuları vasitəsi ilə müəyyənləşib. 

Aparılan sorğular 20 fevral tarixində dayandırılıb və qalib nominantlar müəyyən edilib. Sorğulara əsasən nazirliklərdən Mədəniyyət Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi, icra hakimiyyətlərindən Binəqədi Rayon İcra Hakimiyyəti qalib olub.

Millət vəkillərindən Hikmət Babaoğlu, Adil Əliyev, Gənirə Paşayeva, Elman Nəsirov, Şahin İsmayılov, gənclər təşkilatlarından YAP Gənclər Birliyinin sədri Seymur Orucov, media qruplardan : SƏS Media qrupunun rəhbəri Bəhruz Quliyev, informasiya agentliklərindən azxeber.com, yengundem.az, big.az, azmedia.az saytları, televizyalardan ATV, "Xəzər TV", AzTV, "İctimai TV" və s. sorğuların nəticələrinə əsasən "Odlar Yurdu” Milli Mükafatına layiq görüləcək.

Qeyd edək ki, tədbir 24 fevral , saat 19:00-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında təşkil olunacaq.