Dünya 18:20 16.10.2017

Ofeliya qasırğası həyatı iflic etdi

Avropanın qərbində aktiv olan Ofeliya qasırğası İrlandiya sahillərinə çatıb.

"Qaynarinfo" xəbər verir ki, sürəti saatda 176 km-ə çatan qasırğa səbəbilə İrlandiyada bir nəfər dünyasını dəyişib, iki nəfər isə ciddi zədə alıb. 120 min ev və iş yeri elektriksiz qalıb. Dublin havalimanından ediləcək 130 səfər təxirə salınıb. Baş nazir Leo Varadkar insanlara çölə çıxmamaq xəbərdarlığı edib.

Ofeliya Birləşmiş Krallıqda 1987-ci ildən bəri ən ciddi qasırğa hesab edilir. 1961-ci ildə baş vermiş Debbie qasırğası 11 nəfərin ölümünə səbəb olmuşdu.

Qeyd edək ki, Ofeliya Portuqaliya və İspaniyadakı meşə yanğınlarının daha geniş ərazini əhatə etməsinə səbəb olub.

Gülşən

Qaynarinfo.Az