Dünya 18:56 20.11.2018

Dünyanı növbəti dəfə su basa bilər

Dünya güclü zəlzələ və sunami təhlükəsi ilə üz-üzə ola bilər.

Qaynarinfo xəbər verir ki, Nature jurnalında yayımlanan məqalədə bildirilir ki, Pasifik tektonik plitəsi Filippin plitəsinin altına doğru hərəkət edir. Tədqiqat qrupu təxminlərdən 3 dəfə artıq, 1 milyard kq suyun yerin dərinliklərinə doğru hərəkət etdiyi açıqlayıb. Su, maqma qatına doğru hərəkət edir. Bu fakt, yeni zəlzələlərin meydana gəlməsi ilə nəticələnə bilər. 

Mariana çuxuru ətrafına yerləşdirilmiş seysmik sensor vasitəsilə əldə edilən informasiyadan istifadə edən alimlər yeni sualların yarandığını bildirir. Yerə nüfuz edən və yer üzərinə yenidən çıxan suyun miqdarı müzakirə mövzusuna çevrilib. Bildirilir ki, Dünya okeanında suyun miqdarında azalma müşahidə edilmir. Tektonik hərəkətlər, vulkan püskürmələri zamanı suyun yer üzərinə yenidən çıxdığı təxminlər arasındadır. Yerin dərinliklərində suyun necə hərəkət etdiyi isə növbəti tədqiqat mövzularındandır.

Gülşən