Ölkə 19:12 12.09.2018

Olimpiada qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbulunun vaxtı açıqlandı

Beynəlxalq olimpiada və respublika fənn olimpiadalarının qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbulu növbəti qəbul kampaniyasında həyata keçiriləcək".

Qaynarinfo xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, "Təhsil haqqında" qanuna edilən son dəyişikliklər əsasən, beynəlxalq olimpiada və respublika fənn olimpiadaların qalibləri ali məktəblərə müsabiqədənkənar qəbul olunacaqlar: "Hazırda Təhsil Nazirliyi müvafiq qurumlar ilə birlikdə qəbulla bağlı qaydaların hazırlanması üçün iş aparır. Nazirlər Kabineti qaydaları təsdiqlədikdən sonra - növbəti qəbul kampaniyasında bu qaydalardan istifadə ediləcək".