İdman 23:47 01.09.2018

Olimpiya məşəlinin yandırılma tarixi açıqlandı

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının məşəli 2020-ci il martın 11-də alovlandırılacaq.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax bildirib.

Yunanıstanda alovlandırılacaq məşəl sonra Yaponiyaya aparılacaq və burada 2011-ci ildə baş vermiş zəlzələ və sunami faciəsindən ən çox zərər çəkən Fukuşima, İvate və Miyaqi prefekturalarında nümayiş olunacaq.

Olimpiya məşəli Yaponiyada 121 gün gəzdiriləcək.