Siyasət 11:15 21.03.2015

Olland gələn ay Azərbaycana gəlir

Fransa prezidenti Fransua Olland gələn ay Azərbaycana səfərə gəlir. 

"Qafqazinfo" "newsarmenia" saytına istinadən xəbər verir ki, bu barədə Fransanın Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezir məlumat verib. O bildirib ki, Olland Qarabağ məsələsini müzakirə etmək üçün aprelin 24-25-i regionda səfərdə olacaq və Ermənistan-Azərbaycan dövlət başçılarıyla görüşlər keçirəcək. 

Qeyd edək ki, daha əvvəl Ollandın apreldə İrəvana səfər edəcəyi bildirilirdi.

Qaynar.info