Almaniyanın Sosial Demokrat Partiyasının parlament fraksiyasının rəhbəri Rolf Mützenix amerikalı milyarder İlon Maskın qalmaqallı bəyanatları ilə ABŞ-Almaniya münasibətlərində "məqbul sərhədləri aşdığını" bildirib.
Bu barədə Mützenix "Spiegel"ə verdiyi
açıqlamada deyib.
Mützenix bu sözləri Maskın Almaniyanın prezidenti Frank-Valter Ştaynmayerə ünvanladığı təhqiramiz çıxışlarına cavab olaraq səsləndirib.
"Federal prezidentə edilən şifahi hücum, əslində, bütün vətəndaşlara yönəlib", – deyə Mützenix qeyd edib.
O, Almaniya hökumətini "təkrarlanan hörmətsizliklər, böhtanlar və seçki kampaniyasına müdaxilələrin ABŞ-ın yeni hakimiyyəti adından ifadə olunub-olunmadığını" araşdırmağa çağırıb. Çünki yeni seçilmiş prezident Donald Tramp Maskı ABŞ hökumətinin səmərəlilik departamentinin rəhbəri təyin etməyi planlaşdırır.
Mützenixin sözlərinə görə, "beynəlxalq çağırışlar yalnız Almaniya və ABŞ arasında sərbəst münasibətlər şəraitində həll edilə bilər".
Ötən günlərdə məlum olub ki, Mask özünün X (Twitter) hesabında "Ştaynmayer antidemokratik tirandır" deyə yazıb. Bu mesaj, Ştaynmayerin sağ radikal "Almaniya üçün Alternativ" partiyası ilə əlaqəli influenser Naomi Zaybt tərəfindən tənqid olunmasına cavab olaraq yayımlanıb.
Mask daha əvvəl açıq şəkildə alman sağ radikallarını dəstəkləməyə çağırıb və onların müdafiəsi üçün "Welt am Sonntag” qəzetində məqalə dərc etdirib. Qəzetin redaktoru Eva Mari Köqel bu məqaləyə etiraz olaraq istefa verib.
Bununla yanaşı, "Almaniya üçün Alternativ" partiyasının lideri Alisa Veydelin mətbuat katibi onun və İlon Mask arasında onlayn görüş üçün konkret planların hazırlandığını bildirib.
Çərşənbə axşamı Almaniyanın vitse-kansleri Robert Habek Maskı və onun alman seçkilərinə təsir etmək cəhdlərini tənqid edib.
Alpər
Şərhlər