Video 10:54 22.01.2022

Oğlu Baloğlan Əşrəfovdan danışıb ağladı (VİDEO)

Mərhum Əməkdar artist Baloğlan Əşrəfovun oğlu Elşən Əşrəfov "Üzbəüz" proqramının qonağı olub.

Qaynarinfo xəbər verir ki, Elşən atasından danışarkən göz yaşlarını saxlaya bilməyib.

"31 dekabr günü ad günüm idi. Həmin günü getdim atamın məzarının üstünə, orada keçirdim. Mənim ad günümdə hər zaman o bizə gəlirdi. Bu dəfə mən getdim" deyən, Elşən ağlayıb.

Qeyd edək ki, Baloğlan Əşrəfov ötən ilin aprelində koronavirusdan dünyasını dəyişib.