Dünya 12:25 13.06.2019

Oman körfəzində iki neft tankerində partlayış

Oman körfəzində xam neft daşıyan 2 gəmiyə hücum olub.

Qaynarinfo Fox News-a istinadən xəbər verir ki, Norveçin "Frontline" şirkətinə məxsus gəmilərdə hücumdan sonra partlayış baş verib. Tankerlərdən biri batmaq üzrədir. Gəmidəki ekipaj üzvləri təxliyyə edilib. 
 
Hadisənin detalları barədə məlumat yoxdur.

Gülşən