Sağlamlıq 22:47 09.01.2022

Omicron ştamı uşaqlar üçün təhlükəlidir? - Mütəxəssis izah etdi

"Omicron ştamı tənəffüs yollarının xüsusiyyətlərinə görə uşaqlar üçün daha təhlükəli ola bilər”.

Qaynarinfo xəbər verir ki, bunu Hindistanın Yeni Dehli Tibb İnstitutunun həkimi Animeş Arya deyib.

Onun sözlərinə görə, uşaqların böyüklərdən daha kiçik tənəffüs yolları var və bu yeni variant əsasən yoluxmuş xəstələrdə yuxarı tənəffüs yollarına təsir göstərir:

"Bu ştamın simptomları arasında boğaz ağrısı, yüngül qızdırma və yorğunluq da müşahidə edilir".
 
Xəyal