Ekonomiks 17:25 14.11.2018

OPEC prezidenti neftin kəskin ucuzlaşması barədə danışdı

OPEC prezidenti neftin ucuzlaşmasına münasibət bildirib.

Qaynarinfo Bloomberg-ə istinadən xəbər verir ki, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Süheyl əl Məzrui bildirib ki, neft bazarının əsas göstəriciləri əvvəlki kimidir və bu, neft qiymətlərində ciddi ucuzlaşmaya səbəb olmur:
"OPEC neft qiymətlərinə yox, hasilat həcminə diqqət edərək 5 illik rəqəmlərə uyğunlaşdırmağa çalışır".

Məzrui həmçinin bazarda tarazlıq yaratmaq məqsədilə neft hasilatının həcmində dəyişikliyə hazır olduqlarını bildirib. 

Gülşən