Sənət 16:17 11.01.2022

Opera və Balet Teatrında bu ay nələr var?

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı bu ay tamaşaçılarına maraqlı səhnə əsərləri vəd edir.

Teatrın mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, yanvarın 12-də sənət ocağının səhnəsində "Leyli və Məcnun” operası, 15-də "Traviata” operası, 16-da isə "Romeo və Cülyetta” baleti nümayiş ediləcək.

Həmçinin yanvarın 19-da "Sevil” operası, 22-də "Jizel” baleti, 23-də "Zoluşka” operası göstəriləcək.