Sənət 10:15 15.12.2016

Opera və Balet Teatrında "Aida" operası keçiriləcək - FOTO

Dekabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya klassik opera sənətinin ən dəyərli nümunələrindən biri - Cüzeppe Verdinin "Aida" operasının tamaşası keçiriləcək. 

Opera və Balet Teatrının Mətbuat Xidmətindən Qaynarinfo.Az-a verilən məlumata görə,tamaşada əsas partiyalardan birini - Aida partiyasını ilk dəfə Teatrın aparıcı solisti - Əməkdar artist, Azərbaycan Respublikası Prezidenti mükafatçısı Afaq Abbasova ifa edəcəkdir. Amneris rolunda gənc solist Nina Makarova, Misir şahı partiyasında Xalq Artisti Əli Əsgərov, Ramfis partiyasında Əmməkdar Artist Əkrəm Poladov, Kahin qadın rolunda Əməkdar Artist Gülnaz İsmayılova çıxış edəcəklər.

Tamaşada iştirak etmək üçün Gürcüstanlı vokalçılar - Gürcüstanın Xalq Artisti və Dövlət Mükafatı laureatı, professor Teymuraz Ququşvili (Radames) və Əməkdar Artist Sulxan Qvelesiani (Amonasro) da dəvət olunub. 

Tamaşanın dirijoru Xalq artisti, professor Cavanşir Cəfərovdur.

Qaynarinfo.Az