Ölkə 13:32 01.02.2018

Oqtay Əsədov deputatlara irad tutdu

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deputatlara irad bildirib.

Qaynarinfo-nun "Report”a istinadən məlumatına görə, O.Əsədov deyib ki, bugünkü iclasda hər bir deputat gündəlikdən bir dəqiqə danışıb, müzakirələrə isə 9 dəqiqə vaxt ayırıb. Spiker bunun düzgün olmadığını bildirib: "Heç olmasa, gündəliyə aid olan məsələlərdən danışaq. Hər məsələni qaldırırıq, gündəlik kənarda qalır”.