Ölkə 20:01 15.12.2017

Oqtay Əsədov deputatları danladı

Milli Məclisin bugünkü iclasında spiker Oqtay Əsədov "Lotereyalar haqqında" Qanunda dəyişikliklər edilməsi barədə sənədə səsvermə zamanı bəzi deputatların zalda olmamasına etiraz edib. 

Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin sədri zalı tərk edən deputatların geri qayıtmasını tələb edib. 

"Zalda cəmi 96 nəfər adam qalıb. Hər kəs öz yerində olmalıdır və bilməlidir ki, səs verəcək. Səs vermək də çətin məsələdir?”.