İdman 12:57 07.09.2020

Oqtay Əsədovdan təyinat (FOTO)

Milli Məclisin sabiq sədri Oqtay Əsədovun rəhbəri olduğu Azərbaycan Tennis Federasiyasında kadr dəyişikliyi olub.  

Unikal.org-un məlumatına görə, O.Əsədov Sabirə Abdullayevanı federasiyanın icraçı direktoru təyin edib. 

Qeyd edək ki, Sabirə Abdullayeva "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının meneceri Yalçın Manafovun köməkçisi vəzifəsində çalışıb. Yalçın Manafov isə hazırda tennis üzrə milli komandanın baş məşqçisidir.