“Oqtayı yuxumda gördüm, 1 il sonra da evləndik” (VİDEO)

“Oqtayı yuxumda gördüm, 1 il sonra da evləndik” (VİDEO)

"Biz 1-ci kursda oxuyanda qrup yoldaşımız nişanlandı. Gətirdi hamımıza nişan konfeti payladı. Mən o nişan konfetini aparıb qoydum yastığımın altına. Subay qızıq axı, hamımıza maraqlıdır o fallar. Başımı qoydum yatdım. Mən hələ həyatda Oqtay kimi adamı görməmişdim, amma yatdım yuxumda gördüm”.

Qaynarinfo xəbər verir ki, bu sözləri əməkdar artist Dilarə Əliyeva ARB TV-də aparıcısı olduğu "Söhbət var” proqramında deyib.

Aparıcı, daha sonra həyat yoldaşı Oqtayı ilk dəfə görməsindən söz açıb:

"Yuxudan durdum bacıma dedim ki, yuxuda kök, saqqalı bir dənə oğlan görmüşəm. Bu söhbətin üstündən 2-3 ay keçəndən sonra insitutun həyətinə girəndə, bir də gördüm Oqtay dayanıb oğlanlarla söhbət edir. Elə oldu, elə hərlənib-fırlandı ki, ondan bir il sonra biz ailə qurduq”.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR