Əməkdar artist Dilarə Əliyeva ilə "Soy production”ın rəhbəri Oktay Əliyevin qızı Aytənin nişan mərasi olub.
Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, 27 yaşlı Aytən Sadiq adlı bəylə nişanlanıb.
Şəhər restoranlarından birində baş tutan məclisə şou-biznes nümayəndələri də dəvət olunublar. Gecəni müğənni Elvin Abdullayev idarə edib.
Qeyd edək ki, Oqtay və Dilarə cütlüyünün Banu adlı daha bir qız övladı var.
Şərhlər