Ölkə 15:52 25.12.2017

Ordumuz düşmənə məxsus PUA-nı məhv etdi (FOTO)

Dekabrın 25-i günorta saatlarında cəbhənin Ağdam istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.