Ölkə 22:38 23.10.2020

"Ordumuz Xankəndi və Xocavəndi atəşə tutmur"

"Azərbaycan Ordusu Xankəndi və Xocavənd rayonlarını atəşə tutmur".

Qaynarinfo xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir:

"Ermənistan tərəfinin Azərbaycan Ordusunun Xankəndi və Xocavənd rayonlarını guya artilleriya atəşinə tutması barədə yaydığı məlumat həqiqəti əks etdirmir və yalandır. Bildiririk ki, Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə tam əməl edir".