Ölkə 13:15 03.08.2020

Deputat: "Ordumuza qarşı təxribat xarakterli danışanılar xislətcə erməni olanlardır"

Hər dəfə ya uğurlarımız ya da itkilərimiz olandan sonra saxta müxalifətçilər, tanınan ziyalılar ortaya düşüb hansısa qüvvələr vasitəsilə pul müqabilində ordumuza ləkə atmağa başlayır.

Bu insanlar bilərəkdən ya da bilməyərəkdən erməniyə xidmət edirlər.

Bu saxta, dırnaq arası ziyalılar bir dəfə də olsun dövlətin hər hansı bir qurumuna işlərini daha yaxşı görmək üçün təkliflər göndərməyiblər. İşləri ancaq sifariş əsasında yersiz tənqidlər səsəndirərək sadə vətəndaşları çaşdırmaqdır. Ordu ilə bağlı deyilən hər söz çox ehtiyatla səsləndirilməlidir. Deyilən hər söz birinci növbədə erməni mətbuatının işinə yarayır. Bu tip ziyalılar erməni mətbuatının ulduzlarına çevriliblər. Budurmu vətənpərvərlik?

Qaynarinfo xəbər verir ki, bununla bağlı Sonxeber.az-a deputat Aydın Hüseynov danışıb:

"Erməni mətbuatının ulduzuna çevirlərək bu kimi fikirlər formalaşdıranlar və ordunu satanlar birbaşa Ermənistanın siyasətinə xidmət edirlər. O xidmətin müqabilində də hər hansı bir öhdəlik üzərinə götürürlər. Bu təsadüfi deyil. Həmin şəxslər erməni məkrini planlaşdırımış, məqsədyönlü şəkildə həyata keçirən ermənilərlə eyni mövqedə dayanan, adı azərbaycanlı, xislətcə erməni olanlardır. Bütün dünya da təsdiq edir ki, Azərbaycan ordusu dünyanın ən güclü ordusudur. Azərbaycan xalqı birmənalı olaraq öz torpağının işğaldan azad olunması uğrunda Prezident İlham Əliyevin ətrafında sıx birləşib və istənilən məqamda bunun üçün hərəkət edəcəklər.

Azərbaycan ordusu öz gücünü Tovuz istiqamətində gedən döyüşlərdə bir daha sübut etdi. Erməniləri qorxuya salan da məhz bu idi. Ordunun gücü artdıqca adı azərbaycanlı olub, xalqın düşməni olanlar 5- ci kolonu işə salırlar. Bunların da heç bir bəhrəsi yoxdur".