Ölkə 17:15 27.10.2020

Ordumuzun Ermənistana vurduğu ziyan (SİYAHI)

Azərbaycanın rəşadətli Ordusu Vətən müharibəsi çərçivəsində yeni əraziləri azad etməklə yanaşı Ermənistanın çoxsaylı texnikasını məhv edir və ya hərbi qənimət kimi götürür.

Qaynarinfo Axar.az-a istinadən sözügedən texnikaların siyahısını və açıq mənbələrə istinadla, bəzilərinin təxmini qiymətlərini təqdim edir:

1. 1 ədəd TOS odsaçan – təxminən 5 milyon ABŞ dolları

2. 1 ədəd "Toçka-U” əməliyyat-taktiki raket kompleksi – 600 min ABŞ dolları

3. 275 ədəd top – təxmini 56 milyon 400 min ABŞ dolları

4. 106 ədəd minaatan – 4 milyon 240 min ABŞ dolları

5. 2 ədəd S-125 – 38 milyon ABŞ dolları

6. 4 ədəd Su-25 – 44 milyon ABŞ dolları

7. 306 ədəd tank (T-72 və T-55 tankları nəzərdə tutulur) – 189 milyon 200 min ABŞ dolları

8. 85 PDM –14 milyon ABŞ dolları

9. 6 ədəd S-300 – 690 milyon ABŞ dolları

10. 53 tank əleyhinə vasitə – 690 min ABŞ dolları

11. 2 ədəd "Elbrus” zenit-raket kompleksi – 6 milyon ABŞ dolları

12. 410 avtomobil texnikası – 8 milyon 200 min ABŞ dolları

Ermənistan Ordusuna dəyən ziyanın təkcə bu hissəsinin miqdarı 1 milyard dollardan çoxdur.

Qeyd edək ki, siyahıya qiyməti dəqiq bilinməyən 40-a yaxın "OSA”, 83 "Qrad”, 2 "Uraqan”, 2 YARS, 4 TOR, 4 KUB və 1 KRUQ daxil deyil. Ekspertlər bildirirlər ki, bu və digər hərbi texnika itkilərini hesablayanda Ermənistan ordusunun 1 ay ərzində 2 milyard dollardan çox maddi itki verdiyi üzə çıxır.