Dünya 10:25 26.04.2019

Orxan Gəncəbayın oğlu ürəyindən bıçaqlandı

Türkiyənin məşhur müğənnisi Orxan Gəncəbayın oğlu Gökhan Murad Emre Gəncəbay ürəyindən bıçaqlanıb.

Qaynarinfo Hurriyet-ə istinadən xəbər verir ki, Emre Gəncəbayın sevgili Seda Xan Beşiktaş ərazisində taksi sürücüsü ilə mübahisə edib. Hadisəyə müdaxilə edən Gəncəbay sürücü tərəfindən sinəsindən bıçaqlanıb. 

Cinayətkar hadisə yerindən uzaqlaşsa da, tutularaq polis bölməsinə aparılıb. Xəstəxanaya çatdırılan Gökhan Murad Emre Gəncəbayın vəziyyətinin stabil olduğu bildirilir.

Gülşən