Dünya 13:25 10.02.2020

"Oskar 2020"də ən çox diqqət çəkən paltar (FOTO)

2020-ci il 92-ci Oskar mükafatının ən çox müzakirə edilən paltarı aktrisa Natali Portmanın geyimi olub.

Qaynarinfo xəbər verir ki, onun geyimi öz qəribəliyi ilə diqqət çəkib. Arxalığına bu il mükafata namizəd olmayan bütün qadın rejissorların adları qızıl iplərlə işlətdirməklə Portman Hollivudda gender ayrıseçkiliyinə işarə etmiş olub.

Natali mərasimə xüsusi qonaq kimi dəvət olunub. Aktyor Timoti Şalame ilə birlikdə "Ən yaxşı uyğunlaşdırılmış ssenari" heykəlciyini sahibinə təqdim edib. Nominasiyada qalib gələn Tayka Vaytiti (Jojo Dovşan) olub.