İdman 16:07 10.06.2013

Oskar Kardozo "Fənərbağça"da

Portuqaliyanın "Benfika" klubunun hücumçusu Oskar Kardozo Türkiyənin "Fənərbağça" klubuna transfer olunub. 

Qaynar.info-nun məlumatına görə, bu barədə Portuqaliya mətbuatı xəbər yayıb. 

Məlumatda bildirilir ki, Kardozo illik 2 milyon 800 min avro maaş və 10 milyon transfer haqqı qarşılığında türk klubu ilə müqavilə imzalayıb. 

Dünən də Türkiyənin Ntvspor telekanalının müxbiri Aykut Yıldırım bub transferin 48 saat ərzində açıqlanacağını bildirmişdi. 

Qaynar.info